SON XƏBƏR

Azərbaycanlı bəstəkarın əsəri ABŞ-dakı festivalda səsləndi

Avqust 03
01:09 2020
Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli "Məhəbbət əfsanəsi” baletindən "Noktürn” əsəri səslənib.

Bununla bağlı Beynəlxalq Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib. 

O bildirib ki, ifadan öncə əsər haqqında danışarkən R.Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim etdiyini deyib.

"Noktürn”ün musiqisi məşhur musiqiçilər R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında əcnəbi dinləyicilər tərəfindən maraqla qarşılanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook