SON XƏBƏR

Bakıda bu nazirliyə yeni bina tikilir

İyul 08
10:42 2020
Bakı Ağ Şəhər-in yeni kvartalında tikinti işləri başlanıb.

Nobel və Babək prospektləri, N.Rəfiyev və X.Rüstəmov küçələrinin əhatəsində yerləşən 28 ha kvartalında infrastruktur çatışmazlığı, ərazinin relyef səviyyəsinin kəskin dəyişməsi, yol şəbəkəsi və parkinq siyasətinin olmaması, ətrafın düzənsizliyi buranı təcrid olunmuş sahəyə çevirib.

Bakı şəhər İcra Hakimiyyəti başçısının 10.01.2018-ci il tarixili, 08 saylı Sərəncamı əsasında Bakı Ağ Şəhər Baş Planına uyğun olaraq 28 ha kvartalının texniki inventarlaşdırılması, inşa olunacaq tikililərin memarlıq və şəhərsalma göstəriciləri, nəqliyyat və digər infrastruktur layihələndirilməsi işləri aparılıb.

Hazırda kvartal ərazisində Ağ Şəhər Baş Planına uyğun olaraq yeni tikililərin inşası aparılır. Burada layihələndirilmiş yaşayış, kommersiya və inzibati binalar fərqli dizaynı və funksionallığı ilə seçilir.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibatı binası müasir memarlıq üslubunda layihələndirilib. Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində tikilən 13 mərtəbəli inzibati binada həmçinin Kənd Təsərrüfatı Nazirliyi Muzeyi nəzərdə tutulub.

Tikintisi davam edən Uşaq Yaradıcılıq Mərkəzində uşaqların istedad və qabiliyyətinin inkişafı məqsədilə müxtəlif incəsənət istiqamətlərində dərslər təşkil ediləcək. Xəqani Rüstəmov küçəsindəki Mərkəzin qarşısında yerli heykəltəraşların yaratdığı incəsənət nümunəsinin quraşdırılması üçün təkliflər araşdırılır.

Hazırda kvartalda su təchizatı, kanalizasiya və yağış suları sistemləri, qaz təchizatı boruları, elektrik xətləri və İT kanal sistemləri təmin edilməsi üçün yol şəbəkəsi və infrastruktur kommunikasiyası layihələri işlənilib, AAY Dövlət Agentliyi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Delta Telekom ilə razılaşdırılıb və hazırda icra olunur.

Müasir şüşə fasadlı Boks Federasiyası və Qafqaz Sahil Baku Hotel kompleksi, keçmiş enerji stansiyası binasında fəaliyyət göstərən Paulaner pivə istehsalı və restoranı, Azərbaycan Təbabəti Muzeyi artıq 28 ha kvartalının görməli binaları sırasındadır.
 
(Qaynarinfo.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook