SON XƏBƏR

Belarusda seçkinin rəsmi nəticəsi sabah səhər elan olunacaq

Avqust 10
12:36 2020
Belarus Mərkəzi Seçki Komissiyası bir gün əvvəl baş verən və kütləvi etirazlarla başa çatan prezident seçkisinin rəsmi nəticələrini anons edib.

Qaynarinfo Belarus-24 telekanalına istinadla xəbər verir ki, nəticələr saat 09:00-da MSK-nın xüsusi mətbuat konfransında elan ediləcək. Xatırladaq ki, ilkin məlumatlara görə, hazırkı prezident Aleksandr Lukaşenko səs çoxluğu ilə liderdir.

"Mərkəzi Seçki Komissiyasının rəhbərliyi, səhər doqquzda mətbuat konfransında əsl məlumatları və səslərin necə paylandığını açıqlayacaq", - MSK-dan bildirilib.
Bu arada Belarus İstintaq Komitəsi kütləvi etiraz aksiyasından sonra Minsk küçələrini nəzarətdə saxlayır. SK işçiləri yoldan keçənlərdən xahiş edirlər ki, onların işinə qarışmasınlar və dağılsınlar.

Xatırladaq ki, bir gün əvvəl minlərlə insanın mitinqi polislə toqquşmalara çevrilib. Seçkilərin gözlənilən nəticəsindən narazı qalan belaruslular zibil qutularından barrikadalar qurub. Polis gözyaşardıcı qaz, su şırnaqları və səs qumbaralarından istifadə edib və etirazçıları şəhərin mərkəzindən çıxarıb. Olaylar zamanı 47 nəfər xəsarət alıb, 127 şəxs saxlanılıb, habelə bir nəfər həlak olub (Nexta kanalına görə, adamın adı Yevgen Zaiçkindir). Ən ağır xəsarət alov və səs bombası və gözyaşardıcı qazla vurulanlara dəyib. Hüquq-mühafizə orqanları etirazçılara qarşı xüsusi texnikanın tətbiq olunduğunu təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook