SON XƏBƏR

“Tri korona”nın yanındakı tikinti işləri dayandırıldı

İyul 20
15:01 2020
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları "Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.

O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook