SON XƏBƏR

10 il sonra Bakı yaşanmaz hala gələcək - Hüquqşünas

Aprel 13
13:01 2022
"Ölkənin dayanıqlı inkişafı üçün hər şeyi Bakıya cəmləmək doğru siyasət deyil. Hətta şəhər ətrafında parniklər belə qurulub, yəni kənd təsərrufatı da Bakıya doğru cəmlənməyə cəhd edir”.

Qaynarinfo xəbər verir ki, bunu hüquqşünas Fərhad Mehdiyev deyib.
 
Hüquqşünas hesab edir ki, xeyli sektoru Bakıdan tədricən rayonlara sürüşdürmək lazımdır:
 
"Və bu, universitetlərin köçürülməsindən başlanmalıdır. Bakıda habelə tikinti məhdudiyyətləri tətbiq etmək lazımdır. Tikmək istəyənlər buyursunlar, rayonlarda tiksinlər. Rayonlarda aparılacaq investisiyalara subsidiya və vergi güzəştləri tətbiq olunmalıdır”.

Fərhad Mehdiyev hesab edir ki, BŞİH-in səlahiyyətlərini də seçkili mer institutuna ötürmək lazımdır:

"Şəhər meri də Bakıda doğulub-böyümüş bir insan olmalıdır. Seçkili mer Bakı şəhərinin dərdlərini daha yaxşı anlayacaq, şəhərin ruhunu qoruyub saxlayacaq. Çox yox, 10 il sonra Bakı yaşanmaz hala gələcək. Məncə, bununla bağlı həyəcan təbdili çoxdan çalınmalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook