17 mərtəbəli binada 18-ci mərtəbə tikildi - "Sahil" MTK Arxitektura Komitəsini saymır?
May 02
18:47
2023
Xətai rayonu, Həsən Salmani kücəsi 17-də "Sahil” MTK-nın tikdiyi 17 mərtəbəli binanın qanunsuz olaraq 18-ci mərtəbəsi tikilib.
Qaynarinfo-ya daxil olan məlumata görə, sözügedən ünvanda yerləşən 17 mərtəbəli binanın 18-ci mərtəbəsində mansard salınıb və qanunsuz olaraq satılıb.
Əvvəl
Bu azmış kimi, binanın fasadında quş qanadına bənzər tikili də sökülüb. Görünür binanın mansardında tikilən evlərdən şəhər panoramasının görünməsinə maneçilik tərətdiyi üçün quş qanadına bənzər bu tikilini söküblər.
Qanunvericiliyə əsasən, qanunsuz tikintilərin söküntüsü Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Sonra
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, mövcud qanunvericiliyə əsasən Tikintiyə nəzarət Bakı şəhər Şəhərsalma və Memarlıq baş idarəsi tərəfindən həyata keçirilir. İcra Hakimiyyətinin bu gün tikinti ilə bağlı sərəncam vermək hüququ yoxdur. Bütün bu işlər sözügedən qurum tərəfindən həyata keçirilir.
Qeyd edək ki, "Sahil” MTK əvvəllər Beynelxalq Bankda filial müdiri olmuş və hazırda iş adamı kimi fəaliyyət göstərən Fizuli adlı şəxsə məxsusdur. O Bakıda və bir sıra rayonlarda tikinti obyektlərinin, həmçinin "Səngər Qala Resort Hotel"nin sahibidir.

Qlobal.az