SON XƏBƏR

18 yaşlı Avropa çempionumuz intihar etdi

İyul 13
05:13 2017
Sambo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvü Rəşad Dünyamalıyev intihar edib.
 
Qlobal.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, 18 yaşlı idmançının özünü asdığı bildirilir.
 
Hələlik intiharın hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Azərbaycanın yeniyetmə və gənc samboçulardan ibarət yığma komandasında çıxış etmiş Rəşad Dünyamalıyev iki dəfə Avropa çempionu olub. Dünya çempionatının da mükafatçısı olan Dünyamalıyev, sonuncu dəfə 2017-ci ilin aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilən Avropa çempionatında qızıl medal qazanmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook