SON XƏBƏR

Ten Haqın əvəzinə Zidan

Noyabr 03
11:53 2023
Son 61 ilin ən pis mövsümünü keçirən "Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla yollarını ayırmğı planlaşdırır.

Qol.az "The Times”ə istinadən xəbər verir ki, klub rəhbərliyi niderlandlı mütəxəssisi Zinəddin Zidanla əvəzləmək istəyir.

Hazırda "Mançester Yunayted” Premyer Liqada 10 oyundan sonra 15 xalla 8-ci pillədə qərarlaşıb. Komanda İngiltərə Liqa kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, Zidan 2016-2018, 2019-2021-ci illərdə "Real”ın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında İspaniya klubu 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin 2 dəfə La Liqa, 2 dəfə Avropa Superkuboku, 2 dəfə İspaniya Superkuboku və 2 dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Zidan 2021-ci ildən bəri işsizdir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook