2 ildə adını 2 dəfə dəyişən MTK tikintiyə icazəsiz başlayıb? – Sənədlər
İyun 09
06:30
2022
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi "Avant Group” Mənzil-Tikinti Kooperativinə (MTK) Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 saylı sahədə 5 ədəd 16-18 mərtəbəli yaşayış binalarının və 3 ədəd 2 mərtəbəli qeyri-yaşayış (mağaza) binalarının tikintisinə icazə verib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, obyektin tikintisinə 23.05.2022-ci il tarixində Tİ-56/22 saylı sənəd əsasında icazə verilib.
Açıqlanan rəsmi məlumatda həmçinin göstərilir ki, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi 17.01.2022-ci il tarixində (sənəd nömrəsi 32404), dövlət ekoloji ekspertizasının rəyi 16.03.2022-ci il tarixində (BER-22/057), şəhərsalma sənədlərinə uyğunluq barədə rəy 07.4.2022-ci il tarixində (MİHO/2.1.2-2-2022-1641) verilib. Tikinti obyektinə verilmiş kodun (01100003-3-1101-004843/0622 ) tarixi isə 04.06.2022-ci ilə təsadüf edir.
Məlumat üçün onu da qeyd edək ki, "Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.
Onu da bildirək ki, MTK son 2 ildə adını 2 dəfə dəyişib. 2020-ci ilin dekabr ayına kimi MTK-nın adı "Güvən”, 2021-ci ilin oktyabr ayına kimi isə "İnternational Developmet Group” olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, obyektin tikintisinə 23.05.2022-ci il tarixində Tİ-56/22 saylı sənəd əsasında icazə verilib.
Açıqlanan rəsmi məlumatda həmçinin göstərilir ki, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi 17.01.2022-ci il tarixində (sənəd nömrəsi 32404), dövlət ekoloji ekspertizasının rəyi 16.03.2022-ci il tarixində (BER-22/057), şəhərsalma sənədlərinə uyğunluq barədə rəy 07.4.2022-ci il tarixində (MİHO/2.1.2-2-2022-1641) verilib. Tikinti obyektinə verilmiş kodun (01100003-3-1101-004843/0622 ) tarixi isə 04.06.2022-ci ilə təsadüf edir.
Lakin, maraqlı məqam odur ki, "Avant Group” MTK qeyd olunan ünvandakı tikintiyə rəsmi icazələrin verilmsindən əvvəl – ötən ilin dekabr ayında başlayıb. 2021-ci ilin dekabr ayının 8-də Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 241 ünvanında "Avant Park” yaşayış kompleksinin inşaat işlərinə start verilib. Bu barədə həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş məlumat yayılıb. "Avant Group” MTK tikintiyə rəsmi icazənin verilməsindən əvvəl sosial şəbəkələrdə satış elanlarını belə yerləşdirməyə başlayıb.
Məlumat üçün onu da qeyd edək ki, "Avant Group” MTK 07.05.2012-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 1 milyon 100 manat olan MTK-nın qanuni təmsilçisi Kazımlı Kamran Rizavan oğludur.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən "Avant Group” MTK-nın məsul şəxsi Rüfət Abdullayev bildirdi ki, tikintiyə icazə almaq üçün böyük sayda sənədlər təqdim olunur: "Müvafiq prosedur qaydalar başladığı zaman bəzi önləyici yazışmalarla mərkəzi icra hakimiyyəti orqanı, hansıkı buna nəzarət edir, müvafiq icazələrlə hər hansı işlərin başlanmasına icazə verir. Yəqin ki, prosedur bitəndən sonra məlumat kimi öz saytlarına qoyublar”. Rüfət Abdullayev daha sonra bildirdi ki, o daha ətraflı məlumat almaq üçün şirkətin memarlıq şöbəsinin əməkdaşları ilə əlaqə saxlayacaq və icazə sənədlərinin niyə həmin tarixlərdə göstərildiyinə aydınlıq gətirəcək.
Qlobal.az