209 min manat vergi borcu olan şirkət tenderdə qalib oldu - Nazirlik hara baxır?
İyun 10
09:58
2023
Goranboy Suvarma Sistemləri İdarəsi Suvarma kanallarının mexanizmlə lildən təmizlənməsi işlərinin satın alınması tenderinin qalibini açıqlayıb.
Qlobal.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi "Perlit” MMC seçilib.
Goranboy Suvarma Sistemləri İdarəsi ilə şirkət arasında bağlanacaq satınalma müqavilələrinin maliyyə dəyəri 123.433,55 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Perlit” MMC-nin 11.08.2004-cü ildə qeydiyyata alındığı göstərilib. Nizamnamə kapitalı 300 AZN olan şirkətin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ADAU-NUN YATAQXANASI, ev 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi MƏHƏRRƏM ÖMRÜMOV XANSUVAR oğludur.
"Perlit” MMC-nin hazırda 209721.79 AZN vergi borcu var.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur.