SON XƏBƏR

Nəvahid Abdullayev cərimələnə bilər - Şirkəti qaydaları pozub

Avqust 01
03:10 2023
Azərbaycanın iri sənaye müəssisələrindən olan "AzeSteelCompany" ASC məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mursəlov təyin edilib.

Qeyd edək ki, ötən ilin may ayında Nəvahid İsmayıl oğlu Abdullayev "AzeSteelCompany" ASC-nin idarə heyətinin sədri təyin edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook