SON XƏBƏR

8 nəfərin qətlində ittiham olunan Telman İsmayılov danışdı

Noyabr 21
12:55 2017
8 nəfərin qətlində ittiham olunan Telman İsmayılov susqunluğunu pozub. "Qaynarinfo" xəbər verir ki, azərbaycanlı iş adamı "Rossiya 1" kanalına açıqlamasında ittihamları rədd edib.

Milyarder bildirib ki, haqqında yayılan məlumatların hamısı yalandır: "Çox məsələlərdə nələrdə ittiham olunmuşam. Amma heç biri təsdiqini tapmayıb. İndi də cinayət törətdiyimi deyirlər. Həyatım boyu heç bir cinayət törətməmişəm, iştirak da etməmişəm. Bunu sübut edə bilərəm. Bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu kimin xoşuna gələr? Heç bir cinayətdə əlim olmayıb. Haqqımda çox şey danışırlar, amma mənim də deyəcəklərim var”.

Qeyd edək ki, Moskva şəhərinin Basman rayon məhkəməsi Telman İsmayılovun həbsinə həbs qərarı çıxarıb. Azərbaycanlı iş adamı sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. O, daha 6 nəfərin qətlində günahkar olduğu iddia olur. Qanunsuz silah dövriyyəsində də təqsirləndirilən milyarder beynəlxalq axtarışa verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook