SON XƏBƏR

"AAAF Park"-ın rəhbərliyi FHN-ni saya salmır

İyul 06
15:59 2021
Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinin sakinlərinin şikayəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı "Report”a açıqlamasında bildirib ki, vətəndaşların kültəvi şikayəti əsasında hadisə yerinə dəfələrlə baxış keçirilib:

"Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

İşlərin dayandırılması üçün ərazi FHN əməkdaları tərəfindən lentlənib.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook