AAAF Parkda yaşayış binalarına müdaxiləni PMD Group edir, yoxsa..?
İyul 09
00:04
2021
Bir müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksində inşa edilən yüksəkmərtəbəli yaşayış binalarının birinci mərtəbələrinə və zirzəmilərinə inşaat işlərini aparan şəxslər tərəfindən müdaxilələr edildiyi barədə məlumatlar yayılmaqdadır.
Sakinlərin şikayəti əsasında ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Baş məsləhətçi müfəttişi Fərid Süleymanlı bildirib ki, ərazidə baş verın qanunsuzluğun qarşısını ala bilmirlər:
"Binanın zirzəmisində qapı-pəncərə boşluqları açılıb. Dəfələrlə müraciət etməyimizə baxmayaraq qapı-pəncərə boşluqları bağlanmış, sonradan yenidən açılıb. AAAF yaşayış kompleksinə və Abşeron rayon rəhbərliyinə müvafiq tədbirlərin görülməsi üçün dəfələrlə yazılı müraciət edilib. FHN tərəfindən ərazidə tikinti işlərinin dayandırılması üçün yaşayış kompleksinin rəhbərliyinə qərar verilib ki, qanunauyğunluq təmin olunsun. Lakin bu günə kimi heç bir tədbir görülməyib. Hazırda zirzəmirdə təmir işləri aparılır. Kompleks rəhbərliyinə vəzifəli şəxs kimi protokol tərtib olunacaq”.

Qlobal.az-ın əldə etdiyi məlumata görə AAAF Parkda sözügedən yaşayış binalarının inşasını PMD GROUP şirkəti aparır. Sözügedən müdaxilələrin də PMD GROUP şirkətinin inşa etdiyi binalarda baş verdiyi deyilir.
PMD GROUP-dan məsələyə münasibət öyrənə bilmədik.
Qeyd edək ki, PMD Group 2013-cü ildən fəaliyyət göstərir. Şirkət web səhifəsində Azərbaycan Diplomatik Akademiyasını, Kapital bankı və Abşeron hotel Groupu əsas tərəfdaş kimi göstərir.
Qlobal.az