SON XƏBƏR

Abramyan: "İran qazının Ermənistandan Gürcüstana nəqli məsələsinin qısa müddətdə həlli real deyil"

Mart 26
09:12 2016
İran qazının Ermənistan vasitəsi ilə nəqli imkanlarına dair məsələ ilin sonunadək öz həllini tapacaq.
 
"Report" xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Ermənistanın baş naziri Ovik Abramyan məlumat verib.
 
İrəvan və Tehran İran təbii qazının Ermənistandan tranzit yolu ilə Gürcüstana nəqlinə dair danışıqlar aparır. Analoji danışıqları Azərbaycan da İranla aparır.
 
Baş nazir qeyd edib ki, hər bir ölkə, eləcə də Azərbaycan maraqlarını nəzərə alaraq öz təklifini irəli çəkməyə çalışır.
 
"Lakin biz də bu istiqamətdə işləyirik, müzakirə edirik və düşünürəm ki, ilin sonunadək bu məsələ üzrə hər şey müəyyən ediləcək", - deyə Abramyan bildirib.
 
O, həmçinin deyib ki, məsələnin daha qısa müddətdə həlli real deyil.
 
Baş nazir İrana səfərinin planlaşdırıldığını, orada iranlı həmkarı ilə görüşəcəyini və hökumətlərarası iclasın keçiriləcəyini, həmçinin erməni tərəfinin bu məsələni müzakirə etməyə çalışacağını bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook