SON XƏBƏR

ABŞ BMT-nin əməliyyat büdcəsinə ödənişləri azaltdı

Dekabr 26
00:03 2017
Tramp administrasiyası BMT-nin əməliyyat büdcəsinə maliyyə ödənişini böyük məbləğdə ixtisar edib.
 
Axar.az xəbər verir ki, bu sərəncam haqqında bazar günü gecə Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Nikki Heyli məlumat verib.
 
Heyli deyib ki, planla 2018-2019-cu illərdə ödənişin 285 milyon ABŞ dolları ixtisar edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatında vəsaitlərin qeyri-səmərəli istifadəsi və israf edilməsi faktları yaxşı məlumdur və ABŞ bundan sonra amerikan xalqının səxavətindən sui-istifadə hallarına yol verməyəcək.
 
BMT-nin əməliyyat büdcəsinə ABŞ-ın maliyyə ödənişi təşkilatın büdcəsinin (təqribən 3,3 milyard dollar) 22 faizini təşkil edir və sülhün təmin edilməsi məsələlərinə bunun 28 faizi ayrılır.
 
BMT-nin əməliyyat büdcəsi sülhün təmin edilməsi vəsaitlərindən ayrıdır. Cari ildə prezident Donald Trampın təzyiqi ilə bu vəsait 600 milyon dollar azaldılıb. Ötən həftə Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarını geri götürməyə çağıran qanun layihəsinin lehinə səs verən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələmişdi. Xatırladaq ki, 128 ölkə bu qətnamənin lehinə, 9-u əleyhinə səs verib, 35 ölkə isə səs saxlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook