ABŞ Türkiyəni NATO-nun maraqlarını nəzərə almağa çağırıb
Noyabr 29
00:21
2017
ABŞ coğrafi cəhətdən yaxın ərazidə yerləşmə və mədəni əlaqələri nəzərə alaraq Türkiyənin İranla qarşılıqlı fəaliyyətinin labüdlüyünü anlayır, lakin bu təmaslar NATO-nun bütün üzvlərinin maraqlarına uyğun olmalıdır.
"Biz dərk edirik ki, mədəni və coğrafi əlaqələrini nəzərə alaraq, Türkiyə İranla təmasda olmalıdır. Lakin Türkiyə unutmamalıdır ki, Ankara NATO üzvü olaraq, İranla təmaslarda Alyansın maraqlarını nəzərə almalıdır”, - deyə Reks Tillerson bildirib.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.