SON XƏBƏR

Ağdamda yarımstansiyanın vurulması ilə bağlı - “Azərişıq” sədrindən açıqlama

Aprel 05
10:06 2016
"Təqribən 1-1,5 saata qədər Ağdamın kəndlərində elektrik enerjisi bərpa olunacaq”.
"Qafqazinfo” xəbər verir ki, bu barədə publika.az-a açıqlamasında "Azərişıq" ASC-nin sədri Baba Rzayev məlumat verib.

ASC sədri deyib ki, hazırda işıqsız qalan kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində intensiv işlər həyata keçirilir:
"Hər bir azərbaycanlının arzusu olduğu kimi, mənim də əsas arzum odur ki, tezliklə düşməni torpaqlarımızdan qovub çıxaraq”. 

Xatırladaq ki, Erməni silahlı birləşmələri ağır artilleriya silahlarından istifadə edərək Ağdam rayonunun Qaradağlı kəndi ərazisindəki elektrik yarımstansiyasını vurub. Baş verən partlayış 11 kəndi işıqsız qoyub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook