ADB Cənub Qaz Dəhlizinə 450 mln. dollar ayıracaq
Mart 29
16:30
2016
Asiya İnkişaf Bankı (ADB) yaxın vaxtlarda Xəzər dənizində yerləşən "Şahdəniz" yatağında qaz hasilatının artırılması layihəsi üçün Azərbaycana 450 mln. ABŞ dolları həcmində kredit ayıra bilər.
"Report”un ADB-nin Bakı ofisindən əldə etdiyi məlumata görə, layihə üzrə məsul şəxs ADB-nin Özəl sektor əməliyyatları Departamentinin mütəxəssisi Anirudha Patil (Aniruddha Patil) müəyyən edilib.
Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, iki dəniz platformasının, qaz və kondensat sualtı kəmərlərinin tikintisi, Səngəçal terminalının genişləndirilməsi, gündəlik gücü 900 mln. kubfut olan 2 ədəd qaz kompressorunun quraşdırılması və onların Cənub Qaz Dəhlizinə (SGC) birləşdirilməsi nəzərdə tutulur.
ADB bu layihənin 2014-2018-ci illər üçün müəyyən edilmiş Azərbaycanla ölkə tərəfdaşlıq strategiyasına daxil olduğunu da açıqlayıb.
Qlobal.az