Agentlik rəisinin Azərbaycandan çıxışı qadağan olundu (SƏBƏB)
İyul 25
16:12
2023
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyevin ölkədən çıxışına "stop" qoyulub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu gün qətnamə qəbul edib.
Məlum olur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Milli Geoloji Kəşfiyyat Agentliyini məhkəməyə verib. Səbəb isə Agentliyin 39 268,85 manat vergi borcunun olmasıdır.
Bundan başqa, Agentliyin Dövlət Sosial Müdafiə Fonduna 35 182,74 manat borcu var.
Araşdırmalarımız zamanı bəlli olub ki, hazırda Agentliyin vergi borcu bir qədər artıb. Qurumun bu günə olan vergi borcu 46 455.78 manatdır.
Milli Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevdir. Azərbaycanın ekologiya və təbii sərvətlər naziri isə Muxtar Babayevdir.
Qlobal.az