SON XƏBƏR

Ağır Atletika Federasiyasının vitse-prezidentinin ölkədən çıxışına qadağa qoyuldu

Mart 16
01:04 2017
Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Ruslan Xanverdiyevin ölkədən çıxışına qadağa qoyulub. Artıq Ruslan Xanverdiyevin adı vergilər nazirliyinin tətbiq etdiyi dövlətə vergi borcu olan hüquqi şəxslərin siyahısına da salınıb. 
 
Ruslan Xanverdiyevin adının Vergilər nazirliyinin "qara siyahısına” salınmağına səbəb onun rəhbəri olduğu "AAAF-İnşaat” MMC-nin (VÖEN 3100152201) külli miqdarda vergi borcunun yaranması olub. 
 
Qeyd edək ki, "AAAF-İNŞAAT” MMC əsasən Abşeron rayonu ərazisində tikinti işləri ilə məşğuldur. Şirkətin və rəhbər şəxslərinin adı zaman-zaman müxtəlif qalmaqallarda hallanıb. Şirkətin ən böyük layihəsi olan "AAAF Park” Yaşayış Kompleksinin tikintisi zamanı müxtəlif maxinasiyalara yol verildiyi deyilir. Mediada yayılan məlumatlara görə, "AAAF Park” Yaşayış Kompleksi layihəsinə adı bir çox qaranlıq işlərdə hallandırılan, hazırda xaricdə yaşayan biznesmen Xəqani Bəşirov və həbsdə olan "Beynəlxalq Bank”-ın keçmiş prezidenti Cahangir Hacıyev də vaxtilə şərik olublar.
 
Xatırladaq ki, Ruslan Xanverdiyev Ağır Atletika Federasiyasında dayısı Tofiq Heydərovu əvəzləyib. 
 
Tofiq Heydərov isə hazırda federasiyanın baş məşqçisi və "AAAF Holdinq”in prezidentidir.
 
Qlobal.az
 

 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook