Ali Məhkəmənin sədrindən kreditlərlə bağlı ədalətli mövqe
Aprel 02
09:16
2016
Ramiz Rzayev: "Bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir”
Ekspert Əkrəm Həsənov Ali Məhkəmənin sədrinin fikrini borcluların xeyrinə olan fikir kimi dəyərləndirib:"Principsə, ümumən Ali Məhkəmənin sədrinin dediklərini müsbət dəyərləndirirəm. Ən asası odur, tamamilə düzgün qeyd edir ki, bankların yalnız dollarla kredit verməsi insan haqlarının pozulmasıdır. O ki qaldı sədrin dollarla götürülən kreddit dollarla qaytarılmalıdır sözünə, bu da prinsipcə düzgündür. Sadəcə, Ali Məhkəmənin sədri bir məsələyə burada münasibət bildirməyib ki, məhz aldatma faktı varsa, yəni bankı vətəndaşın çıxılmaz vəziyyətindən istifadə edib ona dollar krediti veribsə, məsələ necə olsun? Ya da ki, kredit haqqında tam məlumat verməmə varsa və ümumiyyətlə Konstitusiya Məhkəməsinin ötənilki qərarı var ki, dollar kreditlərinə güzəşt edilməldir, o, bu məsələlərə toxunmur. Amma Ali Məhkəmənin sədrinin insan kimi münasibətindən hiss olunur ki o, vətəndaşların xeyrinə deyir. Ən azı, bir insan, bir vətəndaş kimi fikirləşir ki, indiki vəziyyət düzgün deyil. Mən inanıram ki, məhkəmələrdə ən azı kredit məsələsində vətəndaşların aldadılmasını sübut etsək, bu halda Ali Məhkəmə məsələyə müdaxilə etməli olacaq. Necə ki, iki gün əvvəl Ali Məhkəmə bir qərarında göstərib ki, hətta vətəndaşın ölümünü belə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi besab edib. Və ümid edirəm ki, manatın devalvasiyasını da Ali Məhkəmə öz növbəti qərarlarında bu cür hesab edəcək. Ali Məhkəmənin sədri kimi bir şəxsin vətəndaş mövqeyini ortaya qoyması ümumən borcluların xeyrinədir”.
Qlobal.az
"Report”un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri deyib. O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir: "Fikrimcə, vətəndaş krediti dollarla götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”. Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır: "Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”.