Alimlərdən şok iddia: idman ömrü uzatmır!
Yanvar 03
09:30
2016
İdman ömrün uzunluğuna təsir eləmir. Musavat.com xəbər verir ki, fin alimləri apardıqları araşdırma nəticəsində bu qənaətə gəliblər. Sübut edilib ki, ömrün uzunluğuna hər halda ciddi təsiri irsi amil göstərir.
İnsanın hərəkət aktivliyinin dərəcəsinə və ömrünün uzunluğuna eyni genlər cavabdehlik daşıyır. Bununla bağlı Yuvyaskyul Universitetində siçovullar üzərində təcrübə aparılıb. Heyvanlar iki müxtəlif qrupa bölünüb. Gəmiricilərin birinci qrupu idman ləmazimatları olan qəfəsə, digərləri isə adi qəfəsə salınıb.
Eksperiment göstərib ki, idmanla məşğul olan siçovullar öz ömürlərini 16% qısaldıb.
Hərçənd, alimlərin sözlərinə görə, onların səhhəti yaxşılaşıb. Bu siçovullar daha davamlı olub və orqanizmlərində maddələr mübadiləsi yüksəlib.
İndi alimlər öz qarşılarına belə bir məsələni dəqiqləşdirmək vəzifəsi qoyublar: yeniyetmə vaxtında idmanla məşğul olmaqla ömrü uzatmaq mümkünmü?
Musavat.com