SON XƏBƏR

"Anima" MMC-dən "bayram partlayışı" - Nə sakinləri, nə də FHN-i sayır

Yanvar 04
23:40 2023
Hadisə nəticəsində bəzi sakinlərin xəsarət aldıqları bildirilir. Sakinlər qeyd edirlər ki, təlafatın olmaması sadəcə xoş təsadüfdür…

"Anima” MMC bayram günlərindən istifadə edərək Nəsib bəy Yusifbəyli küçəsi 26-da FHN-nin mühafizə zolağını dağıdaraq qanunsuz söküntü işləri aparıb.

Pia.az dünən axşam saatlarında paytaxtın Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 26-da baş verən insindentlə bağlı maraqlı məlumat əldə edib.

Qeyd edək ki, dünən axşam saatlarında paytaxtın Nəsimi rayonunun ərazisində partlayış baş verməsi barədə xəbər yayılıb. Daha sonra isə partlayış xəbəri həqiqəti əks etdirmədiyinə görə internet resusrslardan silinib.

Partlayış xəbərlərinin yayılmsına isə hadisə yerindən gurultulu səsin çıxması və toz-dumanın ətrafa yayılması olub. Gurultu və toz-dumandan qorxuya düşən sakinlər FHN-ə zəng ediblər. Hadisə yerinə gələn FHN əməkdaşları isə tamamilə fərqli mənzərə ilə üzləşiblər.

Sakinlərdən əldə etdiyimiz məlumata görə Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 26-da baş verən "partlayışın” səbəbi "Anima” MMC şirkətinin qanunsuz söküntü işləri aparması ilə bağlı olub. Sakinlər bildiriblər ki, bir neçə ildir ki, həmin ünvanda yaşayış kompleksi inşa etməyə çalışan "Anima” MMC şirkəti onların rahatlığını pozub. Tikintiyə icazəni Hacıbala Abutalıbov versə də, sakinlər bildirir ki, aparılan tikinti işləri təhlükəsizlik qaydalarına uyğun aparılmır. Buna görə də sakinlər öz təhlükəsizliklərinin təmin edilməsi ilə bağlı FHN-ə müraciət edib. FHN-də müraciətə əsasən tikinti gedən ərazidə təhlükəsizlik zolağı yaradıb.

Adlarının çıkilməsini istəməyən sakinlərin bildirdiyinə görə dünən "Anima” MMC şirkəti bayram günü olmasından istifadə edib mühafizə zolağına daxil olan ərazidə söküntü işləri aparmağa çalışıblar. Şirkətin əməkdaşları əraziyə ağır texnika və ekskavatorlar cəlb edərək FHN qoyduğu mühafizə zolağına daxil olublar və ərazidəki evləri sökməyə başlayıblar. Mühafizə zolağında çalışan ekskavatör ehtiyatsız davrandığından divarlardan biri yıxılıb və nəticədə böyük gurultu və toz-duman yaranıb. Xöşbəxtlikdən insan itkisi olmayıb. Lakin həyətdəki bir neçə evə ziyan dəydiyi bildirirlir. Bəzi sakinlərin xəsarət aldıqları bildirilir. Sakinlər qeyd edirlər ki, hadisə nəticəsində təlafatın olmaması sadəcə xoş təsadüfdür.

Bildirilir ki, "Anima” MMC şirkətinin rəhbərliyi hazırda insidenti ört-basıdr etməyə çalışır. Evlərinə ziyan dəyən sakinlərin artıq "razı salındıqları” qeyd olunur. Lakin tikinti işlərinin dayandırılmasını tələb edən sakinlər, mühafizə zolağını sökərək qanunsuz söküntü iş apardığına görə, "Anima” MMC şirkətinin FHN-lə necə "razılaşacağını” maraq edirlər.

Qeyd edək ki, "Anima” MMC şirkəti Nəsimi rayonu Nəsib bəy Yusifbəyli küçəsi 26 ünvanında 8 korpuslu 19 mərtəbəli Capital City Yaşayış Kompleksi inşa edir. Kompleksin artıq bir neçə korpusu inşa edilib. Sakinlərlə "Anima” MMC şirkəti arasında ilk günlərdən mübahisələr var.

***

Dünən axşam saatlarında paytaxtın Nəsimi rayonunun ərazisində partlayış baş verməsi barədə xəbər yayılıb.

Pia.az xəbər verir ki, Nəsib bəy Yusifbəyli küçəsində baş verdiyi bildirilən hadisənin əslində partlayış yox, gecə hamıdan xəbərsiz söküntü işi aparan tikinti şirkətinin əməli olduğu bəlli olub. Məlum olub ki, gecə söküntü işi aparan şirkət göstərilən ünvanda içərisində insan olan fərdi yaşayış evinin divarını söküb. Ekskavatorun zərbəsindən yararnan dəhşətli gurultu və qopan tozanaq ətrafda partlayış təsəvvürü yaradıb.

Şirkətin nümayəndələri təsadüfən hadisə yerində olan əməkdaşımıza açıqlama verməkdən imtina edib, təmsil etdikləri qurumun adını belə, bildirmək istəməyiblər.

Qeyd edək ki, bəzi qurumlar bu hadisəni ört-basdır etməyə çalışdıqları haqda məlumatımız da var. Baş verən "partlayışla” bağlı araşdırmamaız davam edir. Nəsib bəy Yusifbəyli küçəsində söküntünün hansı şirkət tərəfindən aparılması və bu işlərin nə qədər qanuni olması ilə bağlı araşdırmalarımız davam edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook