SON XƏBƏR

"ArchiCO" məcburi köçkünlərə keyfiyyətsiz binalar tikib? - Şirkətdən açıqlama FOTOLAR

Aprel 02
11:08 2019
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının ölkədə apardığı iqtisadi siyasətin nəticəsi olaraq son illər ölkə əhalisinin və eləcə də doğma yurdlarından didərgin düşmüş Qaçqın və Məcburi Köçkünlərin sosial rifah halları yüksəldilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. 

Konkret olaraq isə Qaçqın və Məcburi Köçkünlərinin məişət səviyyələrinin yüksəldilərək yeni və müasir mənzillərlə təmin edilirlər. 

Ötən ay da Sumqayıt şəhəri, 12 mikrorayon ərazsində inşa edilən yeni binalarda Cəbrayıl və Qubadlı rayonundan olan məcburi köçkünlərə yeni mənzillər verildi.

Ancaq təəssüflər olsun ki, dövlətimizin Qaçqın və Məcburi Köçkünlərə yaşayış binalarının tikintisi üçün ayırdığı milyonlarla vəsait bəzən icraçı şirkətlər tərəfindən mənimsənilərək görülən işlər keyfiyyətsiz aparılır. 

İnterposta.info saytının yazdığına görə Sumqayıt şəhəri, 12 mikrorayon ərazsinində Qaçqın və Məcburi Köçkünlərə inşa edilən binalarda da problemlər var. Həmin binaları isə "Archico" şirkətinin tikdiyi deyilir.  

Saytın yazdığına görə burada əsas problem mənzillərin sahəsinin kiçik olmasıdır. Məcburi köçkünlər qeyd edirlər ki, yataqxanadan gətirdikləri az sayda olan avadanlıqlar mənzillərə sığmır. 

Saytın əməkdaşı ərazidə də olaraq vəziyyət baxış keçirib: məlum olub ki, həqiqətən də mənzillərin kvadratı çox kiçikdir. Yeni mənzillərə köçən köçkünlərin əşyaları binaların bloklarında qalıb. Bu səbəbdən vətəndaşlarda narazılıq yaranıb.

Sayt yazır ki, şəhərciyi içməli su ilə təmin edəcək anbarın ətrafında aparılan işlərdən də məlum olur ki, burada görülən işlər qeyri-peşəkarcasına görülüb. Su anbarının və binaların ətrafında aparılan abadlıq işlərində (verilən torpaq bərkidilmədiyi üçün) əyilmələr, çökmələr gedir. Bu səbəbdəndə binaların ətrafına döşənmiş aqlay daşlarında çökmələr və sınmal ar getdikcə artır.

Mənzillərin inşasında istifadə edilən qapılar, zamolkar, bloklarda aparılan boyama işləri və digər aksesuar o, dərəcədə keyfiyyətsizdir ki, mənzillər istifadəyə verilməmişdən yararsız vəziyətə düşüb.

Köşkünlərin dediyinə görə bu qapılar zəif bir zərbə ilə açıla bilir. 

Digər maraqlı məqam isə şəhərcikdə inşa edilmiş ön tərəfdəki binaların fasad hissələrinin qabançik daşı ilə üzləndiyi, ortada olan binaların fasadlarının isə adi suvaqla işlənib. İddia olunur ki, layihədə bütün binaların üzlüyünin qabançik daşla nəzərdə tutulub. Ancaq nədənsə Archico şirkəti burada "ekonomiya" edib.

Təhvil verilməsindən günlər keçən şəhərcikdəki 10, 12-ci binaların fasadındakı boyada duzlaşma prosesi gedir.   
 
Qlobal.az mövzu ilə əlaqədar "ArchiCO" şirkətindən münasibət öyrənib.
 
Şirkətin Qlobal.az-ın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi təqdim edirik:
 
"Hörmətli redaksiya

Qlobal.az saytının 30.03.2019 tarixli buraxılışında Sumqayıt şəhər 12 mikrorayon ərazisində inşa edilən yeni binalarla bağlı tənqidi fikirlər səsləndirilmişdir. Məqalədə qeyd olunan iradlar şirkətimizin rəhbərliyi həmin layihəyə məsul olan şəxslər və keyfiyyətə nəzarət mühəndisləri ilə birgə müzakirə edilmişdir. Ilk olaraq mənzillərin sahələrinin kiçik olmasına gəlincə nəzərə almaq lazımdır ki, bu layihə müxtəlif yerlərdə məskunlaşmış qaçqın ailələlərin məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur və buradakı evlər layihələndirilərkən təyinatı üzrə norma və standartların tələbinə riayət edilmişdir. ArchiCO şirkəti tərəfinnən icra edilən layihə müvafiq dövlət orqanları tərəfinnən təstiq edilmişdir. Bu baxımdan mənzillərin sahələrinin kiçik olması ilə bağlı jurnalistin iddialarını əsassız sayırıq. 

Məqalədə qeyd olunan bəzi çökmələrlə bağlı qüsurlar müzakirə edildi. Tikinti proseslərinin texnologiyasından az çox məlumatı olan hər bir kəs anlayır ki, yenicə bitmiş tikintidə bu tip halların baş verməsi təbiidir və ArchiCO şirkəti tamamlanmış hər bir tikintidən sonra kiçik bir təmir qrupunu ərazidə saxlayır və ortaya çıxan bu tip problemlərin dərhal təmir edilməsini təmin edir. 

Eyni zamanda fasadlarla bağlı iradları cavablandırmaq istərdik. Kompleksdə tikilmiş 8 mərtəbəli binaların bütün fasadları aqlay üzlük daşı və kabançik  ilə, 14-15 mərtəbəli binalar isə emulsiya boyası ilə boyanmışdır. Bu bizim "ekonomiya” mızın nəticəsi deyil - bu insanların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan tikinti normativ qaydaların tələbidir və şəhərsalma normaları həmçinin dövlət ekspertizası ilə razılaşdırılmış layihələrdə təsbit olunmuşdur. Bu cür həssas məsələdə anlayışlı olmağınızı xahiş edirik.

Şirkətimiz hər zaman sağlam tənqidə və müzakirələrə hazırdır, həmçinin lazım gələrsə jurnalist yoldaşların ərazidə bizim mühəndis heyəti ilə görüşünü təşkil edib, gündəmə gətirilmiş sualların cavablandırılmasına hər zaman hazırıq".
 
Zəruri qeyd: Xatırladaq ki, yazı İnterposta.info saytında dərc edilib.
 
Qlobal.az
 

 






 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook