SON XƏBƏR

Argentina sahilləri yaxınlığında göyərtəsində 44 nəfərin olduğu sualtı qayıq itib

Noyabr 18
15:06 2017
Argentinanın Hərbi-Dəniz Qüvvələrinə məxsus "San-Xuan" sualtı qayığı ölkə sahili yaxınlığında müəyyən edilmiş ərazidə rabitə əlaqəsinə girməyib.
 
"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 1985-ci ildə istehsal edilmiş sualtı qayığın göyərtəsində 44 nəfər heyət üzvü olub. Sualtı qayığın sahildən 240 dəniz mili məsafədə itkin düşdüyü bildirilir.
 
Qayığın axtarılması üçün əraziyə hərbi gəmilər və aviasiya göndərilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook