SON XƏBƏR

Argentinanın Hərbi Dəniz Qüvvələri "San-Xuan" sualtı qayğının məhvini etiraf ediblər

Dekabr 01
08:32 2017
Argentinanın "San-Xuan sualtı qayığının heyət üzvlərinin xilasetmə əməliyyatı başa çatıb. Bundan sonra qayığın axtarışı davam etdiriləcək.
 
"Report" "RT en Espanol"-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin (HDQ) rəsmi nümayəndəsi Enrike Balbi keçirdiyi xüsusi mətbuat konfransında bildirib.
 
"Xilasetmə əməliyyatı qurtarıb, indi sualtı qayığın axtarışları davam edir", - deyə Balbi qeyd edib. Beləliklə, "San-Xuan"ın 44 dənizçisi həlak olmuş sayılır.
 
O, qeyd edib ki, bütün səylərə baxmayaraq, axtarış zonasında qayığın qəzaya uğraması ilə bağlı heç bir sübut tapılmayıb.
 
Xatırladaq ki, sualtı qayıq noyabrın 17-də itib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook