SON XƏBƏR

Arxektura komitəsi bu tikintiyə niyə "göz yumur" - MÜƏMMA

İyun 20
14:34 2023
İcazə sənədi yaşayış evi olan, ancaq ticarət obyekti tikən Bəhruz Fərzəliyev kimdir? 

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi ərazisində fərdi yaşayış adı altında inşa edilən qanunsuz obyektlə bağlı aidiyyatı qurumlar susqunluq nümayiş etdirilər. 

Xalqxəbər.az xəbər verir ki, rəsmi sənəddə fərdi yaşayış evi üçün icazə alınmasına baxmayaraq, ərazidə qanunsuz obyekt tikilməsinə hələki Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi göz yummaqda davam edir. Aldığımız məlumata görə obyekt sahibi Bəhruz Fərzəliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə "anlaşdığını" bildirərək heç nədən çəkinmədiyini deyir. 
 


Görünür qanunu pulun gücünə susduracağına əmin olan və buna görə yaşayış evi adı altında obyekt tikərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə meydan oxuyan Bəhruz Fərzəliyevin çox güclü himayədarı var. Bu belə olmasaydı cavabdeh qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi məsələyə müdaxilə edib, qanunsuz tikintinin qarşısını alardılar. Ancaq hazırda Xırdalan dairəsində yaşayış yeri adı altında inşa edilən ticarət obyektində tikinti rahat şəkildə davam və son tamamlanma işləri görülür. 

Bildirək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi saytında Bəhruz İsfəndiyar oğlu Fərzəliyevin adına verilən icazədə fərdi yaşayı evi 886 kvadrat metr, 2 mərtəbəli və 12 otaqlı kimi qeydiyyata alınıb.   

Mövzu ilə bağlı araşdırmamız davam edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook