SON XƏBƏR

Asiya İnfrastruktur İnvestisiya Bankı genişlənir

Mart 26
13:31 2016
Daha 30 ölkə Asiya İnfrastruktur İnvestisiya Bankına (AİİB) qoşulmağa hazır olduğunu bildirib.
 
Bu barədə bankın prezidenti Cin Liçun Çinin Xaynan adasında təşkil olunan ənənəvi illik Boao Asiya Forumunda çıxışı zamanı məlumat verib.
 
Cin Liçun bildirib ki, AİİB-in fəaliyyəti dünyada mövcud olan beynəlxalq maliyyə sisteminə qarşı deyil, əksinə, bu sistemin daha da təkmilləşməsi üçün əməkdaşlığa yönəlib.
 
Xatırladaq ki, Çinin təşəbbüsü ilə yaradılan AİİB-in hazırda Azərbaycan da daxil olmaqla 57 üzvü var. Bank infrastruktur layihələrini maliyyələşdirməklə Asiya regionunun inkişafına dəstək vermək məqsədi ilə yaradılıb. Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Bu vəsaitin təxminən 75 faizini Asiya ölkələri təmin edəcək. Ölkələrin payı onların iqtisadiyyatının dəyərinə uyğun müəyyən olunur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook