SON XƏBƏR

"Astara - Astara magistral yolunun tikintisini həyata keçirəcək podratçı şirkət müəyyənləşib"

May 06
01:08 2020
Ticarət dövriyyəsini artırmaq məqsədilə İranın Astara inzibati ərazisi ilə Azərbaycanın Astara rayonu arasında tranzit magistral yolu tikiləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Astara şəhərinin başçısı Həsən Rüstəmzad bu gün Astara-Astara dəmir yolu xəttinin yaxınlığında çəkiləcək magistral yolun hazırlıq işlərinə baxış keçirərkən deyib.

O bildirib ki, bu magistral yol Azərbaycan və İran arasında mövcud olan dəmir yolu xəttinin kənarında çəkiləcək. "Yolun tikintisi ilə iki ölkə arasında yük daşımaları və ticarət dövriyyəsi artırılacaq. Azərbaycan öz magistral yolunu İran sərhədinə kimi çəkib. İran daxilində də yol yük terminalına kimi çəkiləcək. Beləliklə, yük maşınlarının gediş-gəlişi daha da asanlaşacaq".

Onun sözlərinə görə, Astara - Astara magistral yolunun tikintisini həyata keçirəcək podratçı şirkət müəyyənləşib: "Yaxın zamanlarda bu magistral yolun tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək".

O qeyd edib ki, hazırda İran Astarasının Azərbaycanla dəniz, quru və dəmir yolu vasitəsi ilə əlaqəsi mövcuddur.

H.Rüstəmzad deyib ki, hazırda Ərdəbil - Astara (İran) magistral yolunun genişləndirilməsi layihəsi icra olunur: "Bu yolun genişləndirilməsi ilə İranın şimal qərbində yükdaşımaları artacaq və yol nəqliyyat hadisələrinin azalmasına səbəb olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook