SON XƏBƏR

Avans yolu ilə xaricə valyuta çıxaran şirkətlər kimindir? - Siyahı+Adlar

İyun 09
10:44 2023
Azərbaycanda daha üç şirkət avans yolu ilə ölkə xaricinə valyuta çıxardığına görə məhkəməlik olub. 

Qaynarinfo-nun məlumatına görə, "Az.Triko.Tekstil-2009" MMC, "Sumqayıt Tekstil” MMC və "Farko” MMC barəsində protokol tərtib edilib.

Hər üç şirkət rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. MMC-lərin hər birinə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Maddənin tələblərinə əsasən, hər üç şirkət xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokolara Abşeron Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkətləri ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
 

 
Qlobal.az olaraq qeyd edək ki, "Az.Triko.Tekstil-2009" MMC 2021-ci ilin yanvar ayının 25-də təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 manat, hüquqi ünvanı Abşeron rayonu Masazır qəsəbəsi, qanuni təmsilçisi Əkbərov Kamran İmran oğludur. 
 

 
"Sumqayıt Tekstil” MMC 2018-ci ilin aprel ayının 19-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri Sülh küçəsi 3, qanuni təmsilçisi Əmənov Toğiq Ərəstun oğludur. "Sumqayıt Tekstil” MMC-nin nizamnamə kapitalı 10.112.000 manatdır. 
 

 
"Farko” MMC 2007-ci ilin avqust ayının 3-də qeydiyyata alınıb. Bu şirkətin hüquqi ünvanı Yasamal rayonu, Zahid Xəlilov ev 59, mənzil 22 ünvanıdır. "Farko” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Əhmədov Məmməd Mehdi oğludur. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook