“Azadlıq Residence” MMC vətəndaşın mülkünü qanunsuz söküb? - Şikayət
Oktyabr 23
10:19
2021
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə 156 mənzil 26 ünvanında yaşayan vətəndaş Şövqi Həsənov redaksiyamıza müraciət edərək, mülkiyyət hüquqlarının ciddi şəkildə pozulduğunu iddia edib.
Vətəndaş qeyd edib ki, 2018-ci ilin 25 may tarixdə "Azadlıq Residence” MMC-nin rəhbər şəxsləri Nəsimi rayonu, Mir Qasimov 10 ünvanında xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsini - mağazanı pilot layihə adı altında heç bir razılaşma olmadan qanunsuz şəkildə sökərək dağıdıb. Nəticədə obyektsiz qalan vətəndaşın həm də dəyərli əşyaları oğurlanaraq, talan edilib: "Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüquq vardır. Mülkiyyət, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur”.
Şikayətçi qeyd edib ki, rəsmi orqanlar da onun mülkiyyətində olan obyektin qanunsuz şəkildə dağıdılmasını rəsmi olaraq təsdiqləyib: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin apardığı araşdırmaların nəticəsi olaraq mülkiyyətimdə olan obyektin qanunsuz şəkildə, heç bir razılaşma olmadan sökülməsi, dağıdılması rəsmi olaraq təsdiqlənib. Qurumdan rəsmi surətdə bildirilib ki, qeyd olunan ünvanda qeyri-yaşayış sahəsinin pilot layihə adı altında razılaşma olmadan qanunsuz şəkildə dağıdılmaqla Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin IV bəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının tələblərinin ciddi şəkildə pozulması faktları aşkar edilib”.
Şövqi Həsənov həmçinin bildirib ki, məsələ ilə bağlı məhkəmələrə müraciət edib: "Şikayətim əsasında Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı qəbul edilmiş 16 aprel 2019-cu il tarixli qətnamə ilə Nəsimi rayon Məhkəməsinin məhkəmə qətnaməsi ləğv edilərək mülkiyyət hüquqlarım qorunub. Hətta Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində də ”Azadlıq Residence" MMC-nin şikayət vermək üçün subyektiv hüquq yaranmayıb. Ali Məhkəmənin Mülki Kollegiyası 30 oktyabr 2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi qüvvədə qalıb və mənim mülkiyyət hüququm qorunub. Bütün bunlara baxmayaraq, "Azadlıq Residence” çıxarılan məhkəmə qərarlarını icra etməyib. Aidiyyəti orqanlardan xahiş edirəm, qanunsuz şəkildə pozulmuş mülkiyyət hüquqlarımın, ədalətin bərpası üçün mənə köməklik göstərilsin".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün "Azadlıq Residence” ilə əlaqə saxlanılıb, qurumun e-mail və ünvan poçtlarına sorğu göndərilib. Lakin üzərindən uzun müddət keçməsinə baxmayaraq, qurum sorğumuzu cavablandırmayıb. Bununla belə bildiririk ki, qəzetimiz qarşı tərəfin də rəyini dərc etməyə hazırdır.
Mənbə: musavat.com
Qlobal.az