SON XƏBƏR

AZAL özəlləşdirilə bilər

May 11
09:46 2016
Telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında duran mühüm vəzifələrdəndir.
 
Bu barədə Komitənin "Mülkiyyət” qəzeti yazıb.
 
Məlumata görə, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin, iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin yekununa dair iclasında Prezident İlham Əliyev bəzi sahələrin özəlləşdirilməsi barədə tapşırıqlar vermişdi.(fins.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook