Azərbaycan bu məhsulların idxalını artırıb
May 17
11:59
2016
Bu ilin yanvar-aprel aylarında bəzi yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub. Söhbət ət, kərə yağı meyvə-tərəvəv, çay, piy və yağ, eləcə də şəkərdən gedir.
Belə ki, əgər 2015-ci ilin ilk 4 ayında Azərbaycana xaricdən 7,6 milyon dollarlıq ət gətirilmişdisə, bu il bu rəqəm təxminən 8% çox – 8,2 milyon dollar olub.
Kərə yağının idxalı isə 2 dəfədən çox artıb. İdxal göstəricisi 9,3 milyon dollardan 16,7 milyon dollara qalxıb.
Meyvə-tərəvəz idxalı da 2 dəfə artıb. Keçən il ölkəyə 27,7 milyon dollarlıq meyvə-tərəvəz gətirildiyi halda, bu il bu rəqəmn 58,1 milyon dollar təşkil edib.
Çay idxalı isə 3 dəfə artıb – 3,8 milyon dollardan 11,4 milyon dollara dəyişib.
Bitki və heyvan mənşəli piy və yağ idxalı 43,4% artaraq 41,7 milyon dollara, şəkər idxalı isə 16,7% artaraq 43,55 milyon dollar olub.

Qeyri-ərzaq mallarından isə plastmassa və onlardan hazırlanan məmulatların idxalı cüzi artıb. Bu məhsulların idxal göstərici 71,3 milyon dollardan 72 milyon dollara çatıb.(fins.az)
Qlobal.az