Azərbaycanda "ağıllı kənd" layihəsi realdırmı? - Dünya Bankından analiz
Aprel 19
12:59
2021
Dünya Bankı Azərbaycan üçün "Ağıllı kənd"in perspektivlərilə bağlı analiz hazırlayıb.
Valyuta.Az xəbər verir ki, təhlillə bağlı iqtisadçı ekspert Rövşən Ağayev məlumat yayıb.
Analizdə Azərbaycanda kəndlər üçün informasiya texnologiyalarının zəif inkişafı əsas problemlərdən biri kimi görünür:
"Kəndlərdə internetə çıxış şəhərlərlə müqayisədə 20% aşağıdır. Mobil rabitənin qiymətinin ucuz olmadığı görünür. Dünya Telekommunikasiya İttifaqının reytinqində mobil xidmətlər səbətinin aylıq dəyərinə görə (8,8 USD) Azərbaycan 184 ölkə arasında 70-ci yerdədir. İnternetin sürətinə görə isə 175 ölkə arasında 111-cidir (dünya üzrə orta hesabal 23.5 Mbps)
Cəmi 20% istifadəçinin yüksək sürətli fiber-optik internet xətlərinə çıxışı var. Yerdə qalan istifadəçilər köhnə texnologiyaların bazasında internetə çıxır.
Ölkədə bütün mobil telefon istifadəçilərinin yalnız 1 nömrədən, 35%-i isə 2 və daha çox mobil nömrədən abunəçidir”.
İqtisadçı ekspert Dünya Bankının Azərbaycanın "ağıllı kənd” ideyasının tətbiqi üçün nə dərəcədə hazır olduğunu qiymətləndirən indeks (”Smart village readiness index”) də hesabadığını deyib:
"Bunun üçün 150-yə yaxın indikator əsasında qiymətləndirmə aparılıb. Hazırlıq səviyyəsi yerli inkişaf üçün iqtisadi resurslar, infrastruktur və xidmətlər, insan kapitalı, iqtisadi potensial, idarəetmə istiqaməti (sosial kapital, icmaların səfərbrəlik səviyyyəsi).
Hazırlıq səviyyəsinə görə, 1-ci yerdə qərarlaşan kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 75%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 75%, insan kapitalının yetərliliyi 86%, iqtisadi potensialın yetərliliyi 91% ətrafında qiymətləndirilir.
2-ci səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 45%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 62%, iqtisadi potensialın yetərliliyi 73%, insan kapitalının yetərliliyi 64% ətrafında qiymətləndirilir.
3-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 53%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 42%, iqtisadi potensialın yetərliliyi 41%, insan kapitalının yetərliliyi 33% ətrafında qiymətləndirilir.
4-cü səviyyəyə düşən kəndlərin yerli inkişaf üçün zəruri olan iqtisadi resurslarının yetərliliyi 19%, infrastruktur və xidmət səviyyəsinin yetərliliyi 9%, iqtisadi potensialın yetərliliyi 2%, insan kapitalının yetərliliyi 36% ətrafında qiymətləndirilir.