SON XƏBƏR

Azərbaycanda dərman istehsal edəcək 4 zavod inşa edilir

İyul 07
09:16 2023
"Mən bir şad xəbər vermək istəyirəm ki, Milli Məclisin deputatı Əhliman Əmiraslanov çıxışı zamanı bildirdi ki, artıq Ələt İqtisadi Zonasında 4 dərman pereparatları istehsal edəcək zavodun tikintisinə başlanılıb”. 

Bu sözləri Valyuta.az-a Milli Məclisin deputatı Rüfət Quliyev bu gün Milli Məclisin iclasında "Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı səhiyyə nazirinin müavini Rasim İsmayılov ölkədə dərman qıtlığı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Deputat qeyd edib ki, bu gün nazirlik tərəfindən kifayət qədər işlər görülür: "Dinlədik, qulaq asdıq, bir çox arqumentləri qəbul elədik. Lakin bizim problemlərimizi əsas bu zavodlar həll edəcək”. 

Rüfət Quliyev bildirib ki, əsas problem daxili istehsaldır: "Daxildə istehsalı artırmaq lazımdır. Mən bu fikirləri hər zaman səsləndirmişəm".





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook