SON XƏBƏR

Azərbaycanda maşın və avadanlıqların istehsalı 31,7 faiz artıb

Mart 19
10:15 2016
Azərbaycanda bu ilin yanvar-fevral aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 29,8 mln. manatlıq məhsul istehsal edilib.
 
"Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 31,7%, digər nəqliyyat vasitələrinin istehsalı 11% azalıb. Avtomobil və qoşquların istehsalı isə 19,6% artıb. İki ay ərzində 45,5% az yük avtomobili, 5,1% az ştanqlı quyu nasosları istehsal olunub.
 
Bununla yanaşı, hesabat dövründə 144 ədəd traktor, 54 ədəd qoşqular və yarımqoşqular istehsal edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook