SON XƏBƏR

Azərbaycanda tikintiyə icazə verilməsinin ümumi qaydaları dəyişib

Noyabr 05
13:16 2020
Prezident İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisin sentyabrın 11-də qəbul etdiyi qanunu imzalayıb.

"Report” xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabatı həmin axtarış işlərini aparan şəxs işlərin başa çatdığı vaxtdan 10 gün müddətində sifarişçiyə və müvafiq icra hakimiyyəti orqanına təqdim edəcək.

Bununla yanaşı, tikintiyə icazə verilməsinin ümumi qaydalarına əlavələr də edilib. Əlavələrdə deyilir ki, bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook