Azərbaycanlı milyarder Fransada saxlanıldı
Noyabr 22
01:48
2017
Rusiya Federasiya Şurasının üzvü, Azərbaycan əsilli Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb.
Publika.az xəbər verir ki, o, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.
Səfirliyin nümayəndəsi Kərimovun saxlanılmasının səbəbini dəqiqləşdirməyib. "Biz yerli hakimiyyətlə daimi əlaqədəyik və onun azad olunmasına çalışırıq”, - o deyib.
KİV-in xəbərlərinə görə, senatoru vergilərin ödənilməməsi haqqında iş üzrə saxlaya bilərlər. Federasiya Şurasından bildiriblər ki, vəziyyəti nəzarətdə saxlayacaqlar.
Qeyd edək ki, Kərimov 2008-ci ildən Federasiya Şurasında Dağıstanı təmsil edir. Senator sahibkarlıq fəaliyyəti ilə fəal məşğuldur.
Qlobal.az