AzTV-də "qara mühasibatlıq"...
Aprel 09
00:44
2016
Hesabat aprelin 15-də parlamentdə müzakirə ediləcək
Hesablama Palatası AzTV-də maliyyə vəsaitlərinin xərclənməsində nöqsanlar aşkarlayıb. Palatanın illik hesabatına görə, telekanal UEFA Çempionlar Liqasının final oyunlarından reportajlar hazırlamaq üçün ezam olunan işçilərə artıq vəsait xərcləyib. Həmçinin, videomaterialların yeni formata köçürülməsi, bərpası və geniş annotasiyalarının yazılması işlərini həyata keçirmək üçün yaradılan işçi qrupunun üzvlərinə əlavə əmək haqqı hesablanıb.
Report xəbər verir ki, telekanalın aldığı material ehtiyatlarının dəyəri mühasibatlıqda düzgün uçota alınmayıb. İşçilərə qonorarlar ödənilərkən hesablanmış sosial sığorta haqqının hesablanması zamanı da artıq vəsait ödənişinə yol verilib.
Hesabatda qeyd edilir ki, telekanalın 25 min manat məbləğində vəsaiti dövlət büdcəsinə bərpa edilib. 823 min manat dəyərində əsas vəsaitdən, 125 min manat dəyərində mal-materialların uçota alınması təmin edilib. Həmçinin işlərində nöqsanlara yol verən vəzifəli şəxslərin cəzalandığı bildirilir.
Hesablama Palatasının sözügedən hesabatı aprelin 15-də ölkə parlamentdə müzakirə ediləcək.
Qlobal.az