Bakıda 15 mərtəbəli binanın üstündə daha iki mərtəbə tikilir (FOTOLAR)
İyul 27
22:28
2020
Bakının Suraxanı rayonunda qeyri-qanuni tikinti işləri aparılıb.
Söhbət rayonun Yeni Günəşli qəsəbəsi, "V" massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binadan gedir.
Sakinlər bildirib ki, yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb. Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov Oxu.Az-a açıqlamasında əraziyə baxış keçirildiyini və qeyri-qanuni tikintinin dayandırılması barədə təlimat verildiyini deyib:

"Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib və tərəfimizdən belə bir tikintiyə razılıq da verilməyib. Aidiyyəti üzrə tikintinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib. Eyni zamanda, bu məsələ barədə digər aidiyyəti qurumlara da məlumat verilib. Hazırda binada əlavə mərtəbələrin tikintisi dayandırılıb".