Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
May 16
16:09
2016
Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə mayın 16-da Bakıda Azərbaycan-İran biznes forumu keçirilir. Tədbirdə hər iki ölkədən kənd təsərrüfatı və qida sənayesi sahəsində fəaliyyət göstərən 250-dən çox sahibkar iştirak edir.
AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycan və İran arasında siyasi, iqtisadi humanitar və digər sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bugünkü biznes forumda 80-dən çox şirkət iştirak edir. Bu da aqrar sahəyə olan marağın göstəricisidir. Bu tədbirdə iş adamları arasında işgüzar münasibətlər qurulacaq, təcrübə mübadiləsi aparılacaq.
İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti bildirib ki, hər iki ölkənin kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün böyük potensial mövcuddur.
Qlobal.az