Bakıda ən problemli tikinti şirkəti - «Fərman çıxan kimi şirkətin adını dəyişdirdilər»
Mart 06
17:28
2020
Əhalinin tikinti şirkətlərindən şikayəti ilə bağlı keçirilən sorğu maraqlı nəticələr verib.
FED.az saytı əhali arasında şikayətləri olduğu tikinti şirkətləri ilə bağlı sorğu keçirib.
Adı çəkilən MMC çoxmərtəbəli bina və müxtəlif təyinatlı tikililər inşa edir. MMC-nin ən byöük layihələrindən biri Masazırdakı «Yeni Bakı Yaşayış Kompleksi»dir. Ən çox şikayət də bu kompleks barədədir.
«Yeni Bakı Yaşayış Kompleks»inin sakinlərindən biri bildirir ki: «Mənzilin haqqını tam ödəmişəm, əlimdə maliyyə arayışım da var. Şirkət mənə protokoldan çıxarış və eskiz lahiyə vermək üçün müxtəlif adlarda pullar tələb edir. Belə ki, mənzil neçə otaqlıdırsa, hər otaq üçün müəyyən məbləğ, eskiz üçün və təmizlik arayışı adı ilə pullar tələb edır».
Kompleksdə 10 ildir yaşayan digər sakin də sənəd ala bilməməkdən şikayətlənir:
«Şirkət lazım olan sənədləri vermir ki, gedək dövlət rüsumun köçürüb mənzilin çıxarışını alaq. Qarşılığında qanunsuz pullar tələb edirlər. Yaşayış kompleksində problem bununla bitmir. Şirkət su sayğaclarını hələ də "Azərsu”ya təhvil vermir ki, suyun ödənişlərini dövlətə ödəyək. Bu səbəbdən suyun verilişində fasilələr yaranır. Şəhərciyin su problemi bitib tükənmir, ərazidə 3000-dən çox mənzil, 10 000-dən çox sakin yaşayır. Yəqin ki, yuxarı instansiyalar səsimizi eşidib ölçü götürərlər”.
Mənzil sahibləri bildirir ki, kompleks rəhbərliyi çıxarış üçün otaqların sayına görə rüsum təyin edib:
«Bir otaqlı 200 manat, iki otaqlı 250 manat və sair. Bundan əlavə, şirkətin sakinlərlə müqaviləsi olmadığı halda, özünün təyin etdiyi, hesabladığı kommunal ödənişlər də var. Yəni, guya bizə xidmət göstərdiyinə görə, qeyri-qanuni - müqaviləsiz olaraq, kvadrata görə kommunal xərc hesablayır. Komunal xidmət haqqı mənzilin bir kvadratmetrinə görə 40 qəpikdir. Uzun illərdən bəri nə qədər əlavə vəsait yığılıb. İlk öncə özlərinin təyin etdiyi təmizlik arayışı, sonra isə həmin mənzillərin sayına görə yenə özbaşına təyin etdiyi pulları verməliyik ki, bizə girov saxladıqları eskiz lahiyə və protokoldan çıxarışı versinlər. Sakinlər bu qanunsuz pulları vermək istəmir və dövlətimizin ali qanunlarına sığınmışıq ki, bir gün bunların əməllərinə bir tədbir görüləcək».
Rəyi soruşulan digər sakinin sözlərinə görə, yaşayış massivində telefon, televiziya, internet kimi xidmətlər də «İlin Dörd Fəsli» MMC-nin monopoliyasındadır:
«Digər provayderləri şəhərciyə yaxın buraxmırlar. Sakinlərə deyirlər ki, bizim burada qalıb sizə xidmət göstərməyimiz üçün müqaviləyə imza atmasanız sənədlərinizi verməyəcəyik».
«İlin Dörd Fəsli» MMC-dən başqa bir şikayət isə payçılara olan munasibətdən olub: «Reklam, yalan vədlər, dövlət tikinti normalarını Abşeron RİH başçısı və arxitektoru ilə birgə pozaraq mülkiyyətçiləri aldadırlar. Bu qanunazidd hərəkətlər ona gətirib çıxarıb ki, böyük məbləğdə vergidənyayınma məqsədilə binalar tikilib istismara veriləndən sonra payçıların xəbəri olmadan, gizli «MTK» yaradılır, MMC-nin payçılarını MTK-ya məcburi üzv etmək istəyirlər. Bundan əlavə, "komendantlıq" adlandırdığı strukturun göstərdiyi xidmətlər də bərbaddır».
Sakinlərdən biri isə 6 ildən çoxdur ki, yaşadığı mənzillərə çıxarış ala bilməməsinə görə, FED.AZ saytı vasitəsi ilə «İlin Dörd Fəsli» MMC-nin rəhbəri Elnur Hüseynovdan ölkə başçısına şikayət edib: «Çıxarışların verilməsinin daha da asanlaşdırılması haqqında Prezidentin verdiyi fərmana «Yeni Baki» Yaşayış Kompleksini inşa edənlər məhəl qoymur. Belə ki, aldığımız mənzillərin dəyərini tam ödədiyimiz halda, biz sakinlərdən çıxarışlara lazım olan sənədlərin verilməsi üçün qanunsuz pullar, rüşvət tələb edirlər».
Bir şəhər sakini isə "Kelam” MTK-nın fəaliyyətindən narazılığını dilə gətirib. Onun sözlərinə görə, "Kelam” MTK-a onu aldadaraq torpağında bina tikib pulunu da ödəmir:
"Məsələ ilə bağlı məhkəmənin tporpaq sahibinin xeyrinə qərarı olsa da, bu qərarlara da riayət olunmur. Adıçəkilən MTK-dan bildirilir ki, kimə isəyirsiz şikayət edin. "Kelam” MTK-a 2003-cü ildə Nərimanov rayonu Ağa Neymətulla küçəsində qanunsuz tikili inşa edib. Torpağın üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Hətta Ali Məhkəməyə qədər gedən şikayətim təmin olunub, "kupça” əlimdədir. Amma torpaq yüklü olduğuna görə, yəni üzəirndə bina tikildiyinə görə, heç nə edə bilmirəm”.
Sorğuda "Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən dən şikayət edən sakinlər də oldu. Şikayətçinin sözlərinə görə, dıçəkilən şirkət mənzillərin kvadrat sahələrini çox göstərib az satır:
"Mənzilin sahəsi 153 kv/m göstərilsə də, bizə 140 kvadratmetrlik mənzil verilib. Bundan əlavə, Prezident tərəfindən sənədsiz tikililərin sənədləşməsi ilə bağlı fərman imzalasa da, hələ də "kupça”mızı ala bilmirik. Şirkət mülkiyyətçiləri mənzilin sahəsində, hündürlüyündə, sənədləşməsində aldadır. Bundan əlavə, ailədə müqaviləni birinin adından digərinin adına keçirmek ücün 2000 manat pul istəyiblər məndən”.
Şikayətin konkret nədən olduğu deyilməsə də, sakinlərin narazı qaldığı tikinti şirkətləri arasında "Bakı Abadlıq Xidməti” MMC-nin də adı çəkilib.
15 ildir "Şərur” MTK-dan mənzil alan mülkiyyətçinin sözlərinə görə, şirkət mülkün çıxarışını vermir:
"Kupça”dan xəbər yoxdur”
Şikayət edənlər arasında tikinti şirkətlərindən birinə təşəkkür edən də tapılıb. Belə ki, sakinlərindən biri "ANT Group” inşaaat şirkətinə təşəkkürün bildirib.
«İlin Dörd Fəsli» MMC-də bu ittihamları qəbul etmirlər. Kompleksin hüquqşünası Mehman Muradlı FEDaz-a bildirib ki, istənilən kommersiya qurumu çıxarış vermək səlahiyyətinə malik deyil. Yeri gəlmişkən, M.Muradlının bu prosesə əlb olunmasının maraqlı tarixəsi var, onu «Yeni Bakı Yaşayış Kompleksi»nə əvvəlcə sakinlər, tikinti şirkəti tərəfindən pozulmuş hüquqlranı qorumaq üçün dəvət ediblər, amma sonradan M.Muradlı kompleksin hüquqlarını qorumağa başlayıb. Vəkil bildirir ki, çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti verir, bunun üçün sakinlər kooperativə üzvlük haqqında sənəd təqdim etməlidirlər, onlar isə kooperativin üzvü deyillər: «Kooperativə üzv olmayandan sonra biz ona hansı sənəd verə bilərik? «İlin Dörd Fəsli» MMC-də sadəcə tikinti müqaviləsi olub, hansısa mənzilin onlara verilməsinə dair heç nə yoxdur. Müqavilədə göstərilib ki, Masazır ərazisində «Yeni Bakı» Yaşayış Kompleksində binanın tikintisi aparılır və onlar da onun payçısıdır, tikinti üçün pul ödəyiblər və mənzillər də onlara təhvil verilib. Mülkiyyətçilərin ödədiyi məbləğ də tikintinin aparılmasına sərf olunub».
Hüquqşünas bildirir ki, «Yeni Bakı» Yaşayış Kompleksi iki hissədən ibarətdir, birində 52, digərində 8 bina var. Hər iki sahədə ümumilikdə 3200 mənzil var. Bunun da 164 mənzili məcburi köçkünlərə verilib: «Bugünə qədər 1600-dən çox mənzil sahibi bizdən sənəd alıb çıxarışını alıb. Mənzillərə çıxarışın verilməsi tikinti müqaviləsində göstərilə bilməz. Sakinlər tikintinin aparılması üçün sifarişçi ilə yox, podratçı şirkətlə müqavilə bağlayıblar. 1600-dən çox mənzil sahibinin sifarişçi təşkilatla birbaşa münasibətləri olduğu üçün çıxarışlarını ala biliblər».
Çıxarış olmayan sakinlərin kommunal xidmət haqlarının necə ödəməsinə gəlincə, hüquqşünas bildirib ki, sözügedən binalarda mənzilin hər kvadratmetrinə kommunal xidmət haqqı 40 qəpikdir:
«Bu məbləğ havadan götürülmür. Ərazidə 4 su anbarı var, binalar liftlə təmin olunub, ətrafda yaşıllıq və 5-6 minə yaxın müxtəlif ağaclar var. Bunların saxlanması üçün işçilər var. Oranın ümumi ərazisi 15 hektardır, 5 hektar tikintialtı ərazidir. Sakinlərə göstərilən xidmətin qarşılığında 40 qəpik kommunal haqqı çox cüzi bir məbləğdir. Yaşayış komplekinin mülkiyyətçisi dövlət deyil, xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Torpağa görə də vergi ödənilir.
Bundan əlavə, şəhərcikdən bir qədər kənarda elektrik yarımstansiyası var. Şəhərciyə gələn elektrik enerjisinin itkisi fəsillərdən asılı olaraq 3.5-5 faiz arasında dəyişilir. Bu itkini də MMC qarşılayır”.
Çıxarışın rəsmi xərci 50-60 manat olduğu halda, «İlin Dörd Fəsli» MMC-nin mənzil sahiblərindən 200 manatdan pul yığmasına gəlincə, hüquqşünas bildirir ki, söhbət təkcə çıxarışın verilməsi xərcindən getmir, təhvil verilən binalar ekspertizadan keçirilir və buna görə ödəniş edilir: «Binaların ekspertizasının aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 300 minə yaxın vəsait ödənilib. Doğrudur, prezidentin sərəncamında müddət qısaldılıb, əvvəllər FHN rəyi 6 aya verirdi, indi bu müddəti 2 ya endirilib. Yaxud da "Azərsu”yun verdiyi rəy əvvəllər 46 gün idi, indi 30 günə edirilib. Yəni binaların sənədləşməsi ilə bağlı verilən müddətlər qısaldılıb amma sənədləşmə yenə də ödənişlidir. Mülki Məcəlləyə görə isə payçılar çəkdiyi bütün xərclərə mütənasib olaraq xərcləri çəkməlidirlər».
Binaların ekspertiza pulunun sakinlərdən tutulmasının müqavilədə əks olunmadığına gəlincə, hüquqşünas deyib ki, müqavilədə bütün xərclərin göstərilməsi mümkün deyil: «Tutaq ki, Tarif Şurası hansısa bir qərar verib. Həmin qərarla nəyisə pulsuz da edə bilər, pullu da. Müqavilədə onu göstərə bilmərik ki, Tarif Şurası və ay hökumət hansısa bir məsələni pullu edəcək, yaxud da pulsuz. Yəni bilmək olmur sabah elektrik enerjisinin qiyməti necə olacaq. Biz onu müəyyən edən orqan deyilik. Şirkətlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında hər hansı bir mübahisə yoxdur. Komitə Tarif Şurasına istinad edir. Tikinti ilə bağlı çəkilən xərclərə sakinlərin hamısının öhdəliyi var. Çıxarışın verilməsi müqavilədə göstərilə də bilər, göstərilməyə də bilər. Bu cür göstəriş yoxdur».
Amma FED.az-lə əlaqə saxlayan sakinlər «İlin Dörd Fəsli» MMC-nin nümayəndəsinin haqlı olmadığını bildirirlər. Onların sözlərinə görə, şirkətin işində əsas pozuntulardan biri mənzillərin hələ ilk dəfə notariusdan kənar satılması olub. Məhz bu səbəbdən, illər əvvəl şirkətdən mənzil adan sakinlər onları qeydiyyata ala bilmirlər: «Reyestr Xidməti bildirir ki, qeydiyyat üçün yalnız notariusda təsdiqlənən müqavilə lazımdır».
Sakinlər bu barədə şirkətdən arayış tələb etdikdə isə məlum olub ki, ötən il şirkətin adı da dəyişdirilərək «İlin Dövrd Fəsli Servis» MMC edilib. İndi bu arayışı almaq üçün şirkət sakinlərdən əlavə ödəniş və üstəlik, kompleksin bu şirkət tərəfindən idarə olunması üçün 5 illik razılıq ərizəsi tələb edirdər: «Ötən il prezidentin binaların istismara qəbulu barədə fərmanı çıxan kimi, şirkət də tez adını dəyişdirdi ki, binaları gələcəkdə özü idarə etsin».
FED.az saytı əhali arasında şikayətləri olduğu tikinti şirkətləri ilə bağlı sorğu keçirib.
Rəyi soruşulanların əksəriyyəti «İlin Dörd Fəsli» MMC-nin inşa etdiyi yaşayış komplekslərindən narazı qaldıqlarını bildiriblər.