SON XƏBƏR

Bakıda təhlükəli vəziyyət: Bu binalar hər an uça bilər - Video

Avqust 02
12:56 2021
Bakıda iki yaşayış binası hər an uçmaq təhlükəsi ilə üz-üzədir. Səbəb həmin binaların 5-6 metirliyində çoxmərtəbəli binaların tikilməsidir. Sakinlər iddia edirlər ki, həmin yaşayış binaları tikildikdən sonra onların evlərində iri çatlar əmələ gəlib.

Qlobal.az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, binanın bir neçə blokunda yaşayış olsa da, digərlərini tam söküblər.

Təhlükəli vəziyyətlə paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbə sakinləri üzləşiblər. Yaşar Əliyev küçəsi 5 və 7 ünvanında yaşayan sakinlər iddia edirlər ki, ``Etibarlı- MTK`` tərəfindən bir neçə ildir həmin ərazilərdə binalar tikilir. Əvvəlcə pilot layihə əsəsında binalar tikilsə də sonrada bu iş dayandırılıb. Sakinlər deyirlər ki, tikinti zamanı yaşadıqları iki mərtəbəli binalara ciddi zərər dəyib.

Təxminən hər iki binada 32 ailə yaşayır. Sakinlər deyirlər ki, tikinti zamanı hətta ərazidə təhlükəsizlik qaydaları da qorunmur. Baxmayaraq ki, tikinti sahəsi ilə sakinlərin yaşadığı ərazidə 5-6 metr məsafə var.

Məsələ ilə bağlı ``Etibarlı- MTK`` -nın ofisinə getdik. İş icraçısı olan bu şəxs bizə bildirdi ki, bazar günü olduğundan ofisdə heç kim yoxdur.

Dəfələrlə həmin şirkətin nömrəsini yığsaq da telefonumuza cavab verən olmadı. Dövlət şəhərsalma və arxitektura komitəsindən isə bildirilidi ki, məsələ ilə bağlı sabah araşdırma aparılacaq.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook