Bakıda tikinti sektoru canlanır: Mənzillərin qiyməti ucuzlaşacaq?
May 20
15:00
2017
Son zamanlar Bakıda tikinti sektoru yenidən aktivləşib. Məlum olduğu kimi milli valyutanın dəyərdən düşməsi bir çox sahəyə, xüsusilə də tikinti sektoruna zərər vermişdi. Manatın dollara nisbətdə ucuzlaşması və neftin qiymətinin də aşağı düşməsindən sonra ölkədə bir zamanlar müşahidə olunan tikinti bumu getdikcə zəifləmiş, bu sahədə çalışan yüzlərlə insan isə işsiz qalmışdı. Son zamanlar isə yarımçıq qalmış binalarda yenidən tikinti işləri başlayıb.
"Əslində canlanmanın əsas səbəbi, bir neçə iri layihələrin başlanması ilə əlaqədardır. Bu, "Sovetski” ilə bağlı layihənin yekunlaşması və bəzi yeni tikintilərin, sosial mənzillər layihəsinin başlanması eləcə də bir neçə buna bənzər iri layihələrə start verilməsi ilə bağlıdır. Faktiki isə ipoteka bazarına baxdıqda görürük ki, banklar demək olar ipoteka vermirlər. Bundan başqa əmlak bazarında da ciddi aktivlik müşahidə olunmur. Hələ ki, keçən illərə nisbətdə rəsmi rəqəmlərdə də tikinti sektorunda 30-40 faiz azalmanın olduğu müşahidə olunur. Ancaq 2016-cı illə müqayisədə az da olsa canlanma var ki, bu da yuxarıda qeyd etdiyim səbəblərlə bağlıdır. Dayanaqlı və davamlı inkişaf o zaman olur ki, bu sahədə biznesin, özəl sektorun mühüm layihələri olur. Nəticədə isə davamlı şəkildə özəl biznesin öz investisiyaları və ya xarici investorlar hesabına sahənin inkişafı təmin edilir. Hələ ki, bununla bağlı ciddi addımlar atılmayıb. Ancaq tikinti sektorunun liberallaşması və tikintiyə icazənin verilməsindən tutmuş hazır tikililərin qəbuluna qədər olan zaman kəsiyində korrupsiya faktlarının, süründürməçiliyin aradan qaldırılması üçün atılan addımlar effekt verərsə, bu sahədə "vahid pəncərə” sisteminin hər bir mərhələdə tətbiq olunması, tikintidə canlanma yarada bilər. Tikintinin canlanması isə digər sahələrə də təsir edir. Ona görə tikinti sahəsi, neftdən sonra ölkənin hər zaman lokomativ sahəsi olub. İndiki şəraitdə müəyyən canlanmanın davamlı olması, biznesin buna inanması və daxili investorların bu işlə məşğul olması yaxşı şəraitin yaradılmasından asılıdır. Bunlar baş verərsə, sosial mənzillər layihəsi də tam gücü ilə işləməyə başlarsa mənzillərin qiymətləri də ucuzlaşar”.
Musavat.com-un əməkdaşı olaraq şəhərin bir çox yerlərində yeni binaların inşa olunduğunun, tikintisi dayandırılan binalarda isə işlərin başlamasının şahidi olduq.
Lakin öyrəndik ki, tikintilər aparılsa da, mənzillərin satış səviyyəsi çox aşağıdır. Söhbət etdiyimiz maklerlər bildirdilər ki, ötən illə müqayisədə bir qədər aktivlik olsa da, ümumilikdə əmlak bazarında vəziyyət hələ də ürəkaçan deyil.
Onu da qeyd edək ki, tikinti şirkətləri artıq bu ilin ilk aylarından başlayaraq mənzillərin kreditlə satışlarını da bərpa ediblər. Lakin şirkətlərin böyük bir qismi yalnız öz daxili hesablarına 36 aylıq kreditlər verirlər ki, nəticədə aylıq ödənişin məbləği 1000 manatdan yuxarı olur. Təbii olaraq, bu qədər pulu da hər ailə ödəyə bilmədiyi üçün satışların tempi aşağıdır.
Müşahidə etdik ki, şəhər daxilində tikintilərin əksəriyyəti xüsusi proqram əsasında aparılır. Belə ki, bəzi tikinti ərazisində Nazirlər Kabinetinin xüsusi qərarı ilə bağlı elan lövhələri də vurulub. Nazirlər Kabinetinin qərarı ilə qəzalı vəziyyətdə olan binalar sökülür, orada yaşayan sakinlərə isə başqa yerdə kirayə qalmaları üçün ödəniş olunur. Həmin sakinlərə bina hazır olduqdan sonra ev veriləcəyi bildirilir. Binanın digər mənzilləri isə ev almaq istəyən müştərilərə satılır. Bu tip binalarda uzun müddətli (20-25 il) kredit verilsə də, ilkin ödəniş tələbi də mövcuddur. Eyni zamanda binalar şəhər daxilində olduğu üçün qiymətləri heç də ucuz deyil.
Dövlət səviyyəsində tikintinin canlandırılması istiqamətində son zamanlar bir sıra addımlar atılmaqdadır. Belə ki, Milli Məclisin son plenar iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər də müzakirə olundu. Dəyişikliklərə əsasən, tikinti layihələrinin həyata keçirildiyi ərazilər üzrə ərazi-tikinti planlarının rolu artırılır.
Belə ki, ərazi üzrə ümumi tələbləri nəzərdə tutan bu planlar fərdi qaydada tikinti layihələrinin layihələndirilməsini, şəhərsalma normativlərinin əvvəlcədən nəzərə alınmasını xeyli asanlaşdıracaq. Bundan əlavə, sifarişçilər tikintidən əvvəl müvafiq icra hakimiyyətinə müraciət edərək tikinti parametrləri barədə ilkin məlumatları əldə edə biləcəklər. Sifarişçilərin bu sorğuları 10 gün ərzində cavablandırılmalıdır.
Məcəllədə yeni məlumatlandırma sisteminin də qurulması nəzərdə tutulub. Bu sistem vasitəsilə sifarişçilər elektron qaydada, rahat şəkildə tikintiyə dair tələb olunan məlumatları əldə edə biləcəklər.
Tikinti sektorunda mövcud durumu musavat.com-a şərh edən ekspert Natiq Cəfərli bildirib ki, sektorda müəyyən canlanma hiss olunsa da, bunun səbəbləri var: