Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi
Noyabr 08
15:31
2019
Şərti adı "B3” olan stansiyanın tikintisi, demək olar ki, başa çatdırılır.
Qlobal.az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliten”i QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, hazırda həmin stansiyada son tamamlanma işləri gedir:
"Stansiyanın açılışı üzrlü səbəblərdən gələn il üçün nəzərdə tutulub”.
Ə.Osmanovun sözlərinə görə, metronun "Bənövşəyi” xətti 12 stansiya və bir depodan ibarətdir:
"Bu xəttin üç stansiyasının tikintisi, demək olar ki, yekunlaşdırılıb və hazırdır. Şərti adı "B4” olan dördüncü stansiyasının tikintisi, eləcə də, Xocahəsən deposunun tikintisi davam etdirilir. Sxemə uyğun olaraq "Bənövşəyi” xətti sistem üzrə Qaraçuxur qəsəbəsinə qədər çatdırmağı planlaşdırırıq”.
Qeyd edək ki, şərti adı "B3” olan və bənövşəyi xətdə yerləşən metrostansiya paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində, Hərbi Hospitalın yanında inşa edilir.