SON XƏBƏR

Bakının mərkəzində yeni yolun tikintisi başa çatır

Aprel 03
15:22 2017
Paytaxt Bakıda uzunluğu 1.1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. Avtosfer.az xəbəb verir ki, hazırda sözügedən yolun asfaltlanması işləri aparılır ki, bu işlər də sona çatmaq üzrədir. Layihəyə uyğun olaraq  torpaq işləri və yol yatağının hazırlanması yekunlaşıb, yol boyu maneələr sökülüb, kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb. Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1.5 metr enində səkilər daxildir.
 
Asfaltlanma işlərinə paralel olaraq hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması işləri aparılacaq.
 
Qeyd edək ki, avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaltmış olacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook