“Baku İnşaat“ vətəndaşın pulunu mənimsəyib? - Mübahisə məhkəmədə həll olunacaq
İyul 22
10:39
2023
"Baku İnşaat" MMC məhkəməyə verilib.
Qaynarinfo-nun məlumatına görə, şirkətlə bağlı məhkəməyə Axundov Azər İftixar oğlu müraciət edib.
Şirkətin direktoru Muradov Fərrux Əli oğlu podrat müqavilə bağlayaraq, qəbzlə Axundov Azər İftixar oğlundan pul alıb. Sonradan müqavilənin şərtlərini pozaraq vətəndaşın pulunu mənimsəyib.
İşə Sabunçu Rayon Məhkəməsinin hakimi Tahirə Əsədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də Azər Axundovu müdafiə edərək, bildirib ki, "Baku İnşaat" MMC fırıldaq işlərlə məşğuldur.

Deputat məsələ ilə bağlı parlamentdə yenə də çıxış edəcək: "Milli Məclisin qarşıdan gələn iclasında mən yenə çıxış edəcəm və hüquq-mühafizə orqanlarına rəsmi şəkildə müraciət edəcəm".
Qlobal.az