“Bank Respublika”dan dollar təklifi
Mart 26
12:41
2016
"Bank Respublika” yeni yaradılmış "Yığım əmanəti” məhsulunu indi ABŞ dolları ilə təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, istənilən şəxs ən azı 200 dollar ilkin mədaxil etməklə "Bank Respublika”nın filiallarında bu əmanət növü üçün hesab aça bilər. Üç, altı və on iki ay müddətinə müvafiq olaraq 0,75 faiz, 1 faiz və 1.25 faiz illik faiz dərəcəsi ilə açılan "Yığım əmanəti”nin artırılması imkanı zaman və məbləğ baxımından məhdudiyyətsizdir. "Yığım əmanəti” üzrə faizlər müddətin sonunda ödənilir. Bu depozit növünün maksimal limiti olmasa da, faizlərin hesablanması üçün maksimal məbləğ 50 min dollar təşkil edir.
Əmanət üzərinə əlavə məbləği bankın ofisinə gəlmədən "MilliÖN” və "e-Manat” terminallarından, həmçinin "bankim.az” səhifəsində fasiləsiz xidmət göstərən "İnternet şöbəsi” vasitəsilə (manatla cari məzənnəyə uyğun) mədaxil etmək mümkündür.
Qlobal.az