SON XƏBƏR

Böhran Rövnəq Abdullayevin komandasını böyrü üstə qoyub...

Yanvar 04
16:27 2016
Topaz Premyer Liqasında XVIII turun oyunlarından sonra Azərbaycanda ilə yekun vurulub. Əvvəlki illərdə məhz bu dövrdə klublar vaxt itirmədən transfer fəaliyyətinə başlayır, xeyli pul xərcləyirdilər. Ancaq bu il vəziyyət tam fərqlidir. İqtisadi böhran klublara da təsirsiz ötüşməyib.
 
Hazırda Premyer Liqanın birinci pilləsində qərarlaşan"Qarabağ” cəmi bir futbolçunu transfer etmək haqqında düşünür. Bu, "Xəzər Lənkəran"nın oyunçusu Rahid Əmirquliyevdir. Komandada hələlik müqaviləsini artıran yoxdur.
 
Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin himayəsində olmuş "İnter”də isə vəziyyət gərgin olaraq qalır: Kluba yeni gələn futbolçu yoxdur. Gedənlər isə yetərincədir: Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak, Dieqo Martins... "Zirə”yə iki futbolçu təşrif buyuracaq: Vüqar Mustafayev ("Qarabağ": icarəyə), Nurlan Novruzov ("Bakı": icarəyə)Klubu üç nəfər- Eduardo Makiel, Eltun Hüseynli ("Zirə"), İlqar Hüseynov tərk edəcək, müqavilə müddətini artıran isə yoxdu.
 
"Qəbələ” yeni transfer haqqında düşünmür. Fakundo Pereyra (PAOK, Yunanıstan: icarədən qayıdıb), Derlis Meza Kolli ("Serro Porteno”, Paraqvay), George Floresku, Vüqar Nadirov, Vaqif Cavadov isə klubu tərk edənlər sırasındadır.
 
"Kəpəz”ə də yeni gələn futbolçu və müqavilə müddətini artıran yoxdu. Gedənlər isə üç nəfərdir: Məhərrəm Hüseynov, Murad Ağakişiyev, Ziyabil Məmmədov....
 
Dövlət Neft Şirkətinin himayəsində olan "Neftçi”dəki vəziyyəti kritik saymaq olar. Ölkənin ən köklü klubu, futbolumuzun fraqmanı Premyer Liqada özünə yaraşmayan-6-cı yerdədir. Buna baxmayaq klubun gücləndirilməsi istiqamətində hər hansı addım atılmır. "Neftçi"yə gələn-gedən yoxdur. Müqavilə müddətini artıran da.
 
"AZAL" isə iki futbolçu ilə güclənə bilər: Adan Koronado (Meksika) və Eltun Hüseynli ("Zirə") karyeralarını bu komandada davam etdirəcəklər.
 
"Sumqayıt” komandasına yeni gələn futbolçu yoxdu, amma gedənlər var: Elnur Abdulov, Fuad Məmmədzadə, Tural Rzayev, Nuran Qurbanov. Müqavilə müddətini artıran da yoxdu.
 
Azərbaycanda doğulmuş türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun himayəsində olan "Xəzər Lənkəran”da da transfer baxımından kasadçılıqdır. Kluba gələn, müqaviləsini artıran yoxdu, gedənlər isə az deyil: Rahid Əmirquliyev ("Qarabağ”), Rasim Ramaldanov, Sadio Tounkara, Manuel Skarlatake, Orxan Sadıqlı...
 
"Rəvan”a da gələn və müqavilə müddətini artıran yoxdu. Gedən isə Məhəmməd Alıyevdir. Göründüyü kimi, klublardakı vəziyyət transfer siyasəti baxımından ürəkaçan deyil. Doğrudur, Azərbaycanda "transfer pəncərəsi” rəsmən bu gün açılacaq. Amma "pəncərə"nin bağlandığı vaxta qədər də ciddi transferlərin olacağı gözlənilmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook